Dünən "Neftçi"nin idman direktoru Yens Andersson öz xahişi ilə klubdan ayrılıb. Sport24.az xəbər verir ki, tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər.
Maraqlıdı isveçli funksionerin boş qoyduğu post kimə tapşırılacaq?
Kluba yaxın mənbədən əldə etdiyimiz məlumata görə, vakant yerə namizədlər olsa da, klub rəhbərliyi hələ ki, isveçli funksionerin yerinə heç kimi təyin etmək fikrində deyil.
Qeyd edək ki, yens Andersson ötən ilin sentyabrından klubda çalışırdı.