İtaliya millisinin sabiq futbolçusu Massimo Oddo "Milan"ın əvəzedici komandasına baş məşqçi təyin edilib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
O, bu postda istefaya göndərilən Daniele Boneranı əvəzləyib.
Qeyd edək ki, Oddo 2007-2012-ci illərdə "Milan"ın şərəfini qoruyub və UEFA Çempionlar Liqasının qalibi olub.