"Mançester Yunayted" klubunun rəhbərliyi 2022-ci ildən niderlandlı mütəxəssis Erik ten Haqı əvəz edə biləcək yeni məşqçi axtarışına başlayıb. Sport24.az xəbər verir ki, hazırda "Mançester Yunayted"in rəhbərləri 54 yaşlı mütəxəssisin yerinə birinci dərəcəli məşqçi tapmağı qarşılarına məqsəd qoyublar.
"Mankunianlılar"ın rəhbərliyi ötən yay ten Haqı qovmaq istəsə də, niderlandlıya uyğun əvəzləyici tapa bilmədikləri üçün baş məşqçi ilə yola davam etməli oldular.