"Mançester Siti" zədəli Rodriyə əvəzləyici tapıb.
İdman.biz xəbər verir ki, "şəhərlilər" "Atalanta"da çıxış edən Edersonla maraqlanır.
İspaniya mətbuatı 25 yaşlı futbolçu ilə "Yuventus" və PSJ-nin də maraqlandığını yazıb. Amma "Mançester Siti"nin bu yarışda bir addım öndə olduğu bildirilib. "Atalanta" Edersonu 60 milyon avrodan aşağı qiymətə satmaq niyyətində deyil.
Qeyd edək ki, braziliyalı yarımmüdafiəçi Berqmo klubunun heyətində bu mövsümdə 17 oyunda 1 qol vurub, 1 ötürmə edib.
İdman.biz