İngiltərənin "Mançester Siti" kollektivi "Liverpul"un 27 yaşlı vingeri Luis Diaza görə 70 milyon avro ödəməyə hazırdır. Sport24.az xəbər verir ki, "şəhərlilər" kolumbiyalı futbolçu ilə ilkin razılığa gəlib.
Yaxın zamanda onunla 5 illik müqavilə bağlanacaq. Diazın hazırda mersisaydlılarla olan hazırkı sözləşməsi isə 2027-ci ilə qədərdir.
Qeyd edək ki, Luis Diaz ötən mövsüm "Liverpul"un heyətndə 51 görüşdə meydana çıxıb və 13 qol vurub. "Transfermarkt" portalı futbolçunun dəyərini 75 milyon avro qiymətləndirir.