"Makkabi"nin Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah"la ev oyununu harda keçirəcəyi ilə bağlı hələ qərar verilməyib. Sport24.az İsrailin "Sport5.co.il" portalına istinadən xəbər verir ki, Hayfa təmsilçisi "bayquşlar"ı Slovakiyada qəbul edəcəyi gözlənilir.
Lakin oyunun hansı stadionda keçiriləcəyi hələlik bəlli deyil. Bir neçə gün öncə yerli mətbuatda qarşılaşmanın Macarıstanda, daha sonra isə Bolqarıstanda keçiriləcəyi bağlı xəbərlər tirajlanmışdı.
Qeyd edək ki, "Makkabi" - "Sabah" görüşü iyulun 25-də baş tutacaq.