"Liverpul"un futbolçusu Fabio Karvalyo İngiltərədə klubunu dəyişəcək. Sport24.az xəbər verir ki, portuqaliyalı vinger "Brentford"a keçir.
Premyer Liqa təmsilçisi 21 yaşlı ön xətt oyunçusu üçün "Liverpul"a 20 milyon funt-sterlinq təzminat ödəyəcək. Gənc futbolçu tibbi müayinədən keçdikdən sonra "Brentford"la müqavilə imzalayacaq.
Qeyd edək ki, "Liverpul" Fabio Karvalyonu 2022-ci iılin yayında "Fulhme"dən transfer edib. Portuqaliya U-21 millisinin üzvü ötən mövsümün ikinci yarısını icarə əsasında "Hall Siti"də keçirib.