"Liverpul"un Mohamed Salaha təklif edəcəyi müqavilənin detalları barədə məlumatlar yayılıb.
İdman.biz xəbər verir ki, mersiyaydlılar misirli hücumçu ilə 3 illik müqavilə bağlamağı planlaşdırıblar.
32 yaşlı futbolçunun hazırki müqaviləsi mövsümün sonunda başa çatacaq. Bir neçə gün əvvəl Salah klubdan təklif almadığına görə məyusluq hissi keçirdiyini açıqlamışdı. "Liverpul" təcrübəli forvardı əməkdaşlığı davam etdirmək arzusundadır.
Qeyd edək ki, Mohamed bu mövsümdə 19 oyunda 12 qol vurub, 10 dəfə fərqlənib.
İdman.biz