Fransa çempionatında "Lion"un fanatı şərti 3 ay həbs olunub. Sport24.az xəbər verir ki, buna səbəb onun "Starburq"la oyunda nasist salam verməsidir.
Hadisə avqustun 30-da Fransa Liqa 1-in səfər matçında baş verib. Prokuror 18 yaşlı fanata 6 aylıq şərti həbs və iki il idman yarışlarından uzaqlaşdırma cəzası tələb edib. Bu gün məhkəmə məsələyə yenidən baxıb. Azarkeşin cəzası 3 aya kimi azaldılıb. Bundan başqa, o, Holokost qurbanlarının memorialında öz hesabına təcrübə keçəcək.
Qeyd edək ki, fanatın iki illik idman yarışlarından uzaqlaşdırılması tələbi dəyişməyib.