Misli Premyer Liqasında XVI tur davam edir. Sport24.az xəbər verir ki, ikinci oyun gününə Sumqayıtda yekun vurulacaq.
Şəhərin eyniadlı komandası "Neftçi"ni qonaq edir. Hazırda "gənclik şəhəri" təmsilçisi 16 xalla 6-cı, "Neftçi" isə 13 xalla 8-cidir. Vaqif Cavadovun çalışdırdığı kollektiv qalib gələcəyi təqdirdə turnir cədvəlində mövqeyi dəyişməyəcək. "Ağ-qaralar" aktivinə 3 xal yazdıracağı halda isə 2 pillə yüksəlmək imkanı qazanacaq.
Qeyd edək ki, bu komandalar arasında I dövrədə baş tutan görüş 1:1 hesabı ilə yekunlaşmışdı. İlk oyunda Samir Abasov "Sumqayıt"ın baş məşqçisi idisə, bu dəfə doğma şəhərinə rəqibin çalışdırcısı kimi gələcək.
Misli Premyer liqası
II dövrə, XVI tur
18:00. "Sumqayıt" - "Neftçi"
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Cavid Cəlilov
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.