top
Kəpəzin icraçı direktoru azalan büdcəyə niyə dəyişməyib deyir? - ARAŞDIRMA Sport24.az
25 avqust 2024, 11:03
- ↺ +

"Kəpəz"in icraçı direktoru azalan büdcəyə niyə "dəyişməyib" deyir? - ARAŞDIRMA

Dördüncü turun açılış matçında "Kəpəz" mövsümdə ardıcıl 4-cü məğlubiyyətini aldı. Gəncə təmsilçisi bu dəfə "Səbail"in mövsümdə ilk qələbəsini rəsmiləşdirməsində pay sahibi oldu. Bəs nə oldu komandaya? Niyə "Nizami yurdu"nun təmsilçisi nəinki xala, hətta qol üzünə də həsrətdi?

Səbəblər müxtəlifdir, amma bunların içərisində maliyyənin azalması bəlkə də ön cərgədədi. Maraqlıdır ki, klubun içindən gələn rəsmi açıqlamalarda belə maliyyəyə dair təzadlı məqamlar var. Komandanın baş məşqçisi Adil Şükürov A komandasına ayrılan vəsaitin azaldığını bildirirsə, icraçı direktor Cabir İbrahimov tam əksini dilə gətirib. Maraqlıdı, nə baş verir? Niyə bu cür təzadlı açıqlamalar gəlir "Kəpəz" cəbhəsindən?

Məsələyə aydınlıq gətirmək üçün əvvəlcə, Adil Şükürovla əlaqə saxladıq. Təcrübəli mütəxəssis dediklərinin üstündə dayandı: "A komandasının büdcəsi azalıb. Cabir müəllimin dediklərinə şərh vermək istəmirəm".

Belə olduğu halda, icraçı direktorla da əlaqə saxlamağa zərurət duyduq. İbrahimov da əvvəlcə, dediklərini təsdiqlədi: "Ötən mövsümlə müqayisədə, büdcəmizdə heç bir dəyişiklik olmayıb. Sadəcə, məşqçilərimizin və ötən mövsümdən qalan futbolçularımızın məvacibində artım olub".

Ancaq məsələ burasındadır ki, bu ilin yanvarından vergi sistemində dəyişiklik edildi. Bununla da klublara ayrılan vəsaitin 20 faizi tutulmağa başladı. Elə sabiq ağırlıqqaldırana da bu sualı ünvanladıq ki, büdcə 20 faiz azaldılıbsa, A komandasına ayrılan vəsait necə dəyişməz qalıb? Olmaya hansısa xeyriyyəçi peyda olub və bu fərqi cibindən ödəyib? Bax, bu sualdan sonra Cabir İbrahimov "bəli, A komandasının büdcəsi azaldılıb" cavabını verdi. Başqa sözlə, onsuz da maliyyə sarıdan korluq içində boğulan "Kəpəz"in vəziyyəti ötənilkindən də betər olmasını təsdiqlədi.

O zaman İbrahimovu maliyyənin dəyişməməsinə dair məsuliyyətsiz açıqlama verməyə nə vadar edib? Bu sualın cavabını qoy, oxucular özləri axtarsın. Biz isə yalnız onu qeyd edək ki, ötən mövsüm "Kəpəz"də İlqar Nadiri də yer alırdı, Adil Şükürov da. Ötən mövsüm "Kəpəz" baxımlı oyun da sərgiləyirdi, xallar da qazanırdı. Ötən mövsümlə müqayisədə dəyişən bir tək Cabir İbrahimovun vəzifəyə gətirilməsi olub. Mövsümün startına sayılı günlər qalmış icraçı direktor kreslosuna əyləşdirilməsi ilə "Kəpəz"in məğlubiyyətləri sıralamağa başlaması düşündürücüdü, deyilmi?

CEYHUN ƏLİYEV

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 18:56

EJU vaxt uzatmağa görə cəza tətbiqini izah etdi

Futbol
Bu gün, 18:45

Van Deyk Liverpulda qalma və yeni klubda davam etmə ehtimallarından narahat olmadığını bildirib

Futbol
Bu gün, 18:38

Lorenzo Mezzoteronun topuğunda burxulma şübası yarandığı açıqlanıb

Futbol
Bu gün, 18:29

“Barselona” Conatay Ta-nı transfer etmək istəyir

Basketbol
Bu gün, 18:25

Frenki Fidler FIBA Çempionlar Liqasının tarixində nadir başlanğıc göstərərək seçilmiş üçlüyə daxil oldu

Futbol
Bu gün, 18:19

Kəpəz altı futbolçusuz məşqlərini bərpa etdi

Futbol
Bu gün, 18:16

Emin Abbasov yeni müşavir təyin edildi

Futbol
Bu gün, 18:15

Mançester Yunayted baş məşqçisi Maykl Kerrikdən ayrılacaq

Futbol
Bu gün, 18:08

Argentina millisi 10 nömrəli formanın yeni sahibləri üçün iki namizəd

Futbol
Bu gün, 17:44

Araz‑Naxçıvan 2026/27 mövsümündə Avropanın qələbəsiz 16 klubundan biridir

Cüdo
Bu gün, 17:40

Azərbaycan 14 cüdoçu ilə dünya çempionatında iştirak edəcək

Futbol
Bu gün, 17:20

İtalyan məşqçi Simone Inzaghi "Əl-Hilal'dan" ayrılmağa qərar verdi

Futbol
Bu gün, 17:14

Vensan Kompani Bayernin düşərgəsinə geri döndü

Qarabağ FK
Bu gün, 17:00

Aleksey Kaşuk: "Baş məşqçi də məni şəxsən təbrik etdi"

Futbol
Bu gün, 16:59

Füzuli Məmmədov "İmişli"yə namizədliyini irəli sürüb, lakin komanda Ervins Perkonsa şans verməyi planlayır

Futbol
Bu gün, 16:46

Vinicius Junior Dubayda ventilyatorla sərinlədildi – VIDEO

Futbol
Bu gün, 16:44

Luis Rubiales futboldan qadağası bitir, yenidən fəaliyyətə qayıdır

Futbol
Bu gün, 16:40

Alisson Beckerə beş ölkədən təkliflər gəldi

Futbol
Bu gün, 16:20

Manchester United baş məşqçisi üçün namizəd: Mauricio Pochettino

Digər
Bu gün, 16:15

Rafael Fiziyev 16 Yanvar Dallas’da Parnasla Döyüşü Üçün Hazırlanır

Tennis
Bu gün, 16:00

beIN Sports şərhçisi Arina Sabalenkaya təhqiramiz sözlər söylədi

Futbol
Bu gün, 16:00

Qaradağ Lökbatanın məşqçisi Amit Quluzadə: Qış fasiləsində transfer planları gözlənilmir

Futbol
Bu gün, 15:40

Lithuanian captain Nikolas Hasler Azərbaycan qarşısında iştirak etməyəcək

Futbol
Bu gün, 15:29

Endrik: 'Karierim üçün əlimdən gələni edəcəyəm', Madriddə qalmaq istədiyi açıqlanır

Oxşar xəbərlər