Bu gün keçiriləcək 2 oyunla Misli Premyer Liqasında XXIII tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, günün ilk qarşılaşması Tovuzda keçiriləcək.
"Kəpəz" turnir cədvəlində özündən bir pillə yuxarıda qərarlaşan "Şamaxı"nı qonaq edir. Nominal meydan sahibləri görüşdən 3 xalla ayrılacağı təqdirdə 8-ci pilləyə yüksələ bilər. Qonaqlar da qalib gələcəyi halda turnir cədvəlində bir pillə irəliləyə, "Sumqayıt" ötə bilər. Bu üzdən hər iki komandanın 3 xala ehtiyacı var.
Qeyd edək ki, komandalar arasında ilk dövrədə keçirilən oyunda "Şamaxı" (2:0), 2-ci dövrənin matçında isə "Kəpəz" (1:0) qalib gəlib.
Misli Premyer Liqası
III dövrə, XXIII tur
16:00. "Kəpəz" - "Şamaxı"
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Elvin Bayramov
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Tovuz. Şəhər stadionu.