Azərbaycan Premyer Liqasının VII turunda "Şamaxı" ilə oyunda zədələnərək əvəzlənən "Kəpəz"in futbolçusu Elmir Tağıyevin son durumu bəlli oldu. Sport24.az xəbər verir ki, MRT müayinəsindən keçirilən yarımmüdafiəçinin qasıq nahiyəsində əzələ yırtığı aşkarlanıb.
Futbolçuya 3 həftəlik müalicə prosesi təyin olunub.