Azərbaycan II Liqasında iştirak edən "İrəvan" AFFA-nın bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılıb. Sport24.az xəbər verir ki, bunu qurumunicraçı-vitse prezidenti Sərxan Hacıyev İcraiyyə Komitəsinin bugünkü iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.
Qurum rəsmisi buna bir neçə səbəb göstərib:
"İcraiyyə Komitəsinin qərarına əsasən "İrəvan" komandası AFFA-nın bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılıb. Əsas səbəblər qeyri-sabitlik və maliyyə, həmçinin danışılmış oyunlarla bağlı olan ciddi problemlərdir.