"İmişli"nin qolkiperi Andrey Sinenka "Sport24.az-a müsahibə verib. Belaruslu qolkiper həm "Cəbrayıl"a qalib gəldikləri matç barədə fikirlərini bölüşüb, həm də bizi maraqlandıran başqa sualları cavablandırıb.
- Son iki oyunu qələbə ilə başa vurmusuz. Uğurlu seriyanı davam etdirmək çətin olmayacaq?
- Qarşımıza bəlli hədəflər qoymuşuq, ona görə də oyundan-oyuna artırıq. Düşünürəm ki, bu tempdə davam etsək, istəyimizə nail olacağıq. Amma hələ marafon uzundu, arxayınlaşmaq olmaz.
- Ötən mövsüm "İrəvan"da keçirdin, bu il isə "İmişli"dəsən. Komandalar arasında böyük fərq var?
- "İrəvan" ilə "İmişli" fərqli komandalardı. Bu barədə çox danılşmağa ehtiyac duymuram. Onsuz da hamı hər şeyi bilir. İmişlinin eyni adlı təmsilçisi iddialı və qarşısına konkret məqsəd qoyan klubdu. Yaxşı heyətimiz var və addım-addım tərəqqi edirik.
- "İmişli"də "1 nömrə" olmaq çətin deyil?
- Komandamızın bütün mövqelərində olduğu kimi qapı xətdində də güclü rəqabət var. Hər kəs üzərinə düşən məsuyliyyəti yaxşı anlayır. Rəqabətin olmağsı isə hamımızın işinə yarayır.
- Artıq ikinci mövsümdü ki, I Liqada keçirirsən. Çempionatı necə dəyərləndirirsən?
- İş elə gətirdi ki, karyeramı Azərbaycanda davam etdirmək qərarına gəldim. Ümumi götürəndə I Liqanın səviyyəsi pis deyil və inkişaf etməkdədir. Bunda başqa Azərbaycan gözəl ölkədir, burda yaşamaq, dolanmaq, futbol oynamaq üçün yaxşı şərait var. Həyat yoldaşım da Azərbaycanda olmağımızdan məmnundu.
- Necə düşünürsən, "İmişli" bu il çempion ola biləcək?
- Biz bunun üçün həm məşqlərdə, həm də oyunlarda əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Təbii ki, indidən çempionluq haqda danışmaq tezdi. Ancaq əsas hədəfimiz mövsümün sonunda azarkeşlərimizi çempionluqla sevindirmək və elitaya vəsiqə qazanmaqdı.
- Premyer Liqa klublarından təklif gözləyirsən?
- Əlbəttə. Uzun müddət aşağı liqada qalmağı düşünmürəm. Əsas istəyim "İmişli" ilə qarşıya qoyulan hədəfə çatmaqdı. Elita həyacanı yaşamaq yaxşı olardı.
ABDULLA İSMAYILOĞLU