I Liqada "Ayın qolu" layihəsinin ilk qalibi "İmişli"nin üzvü İdris İnqilablı mükafatlandırılıb. Sport24.az xəbər verir ki, sentyabr ayının ən yaxşı qolunun müəllifinə mükafatı 5-ci turun "Karvan" – "İmişli" görüşündən əvvəl Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.
Qeyd edək ki, I Liqda sözügedən layihəyə cari mövsümdən start verilib.