Kriştiano Ronaldonun formasını geyindiyi "Əl-Nəssr" baş məşqçi Luis Kastro ilə bağlı qərar verib. Sport24.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi portuqaliyalı mütəxəssisi istefaya göndərib.
62 yaşlı məşqçi ilə müqaviləyə xitam verilib. Buna səbəb kimi komandanı Super Kubokun final matçında "Əl Hilal"a 1:4 hesabı ilə məğlub olub. Görüşdə hesabı Ronaldo açsa da, Jorje Jesusun komandası yekunda qələbəni bayram edib.
Qeyd edək ki, Luis Kastro ötən ilin yayında "Əl-Nəssr"in baş məşqçisi təyin olunmuşdu.