Ötən gün "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Dinamo" (Zaqreb) Xorvatiya çempionatında növbəti oyuna çıxıb. Sport24.az xəbər verir ki, "Maksimir" stadionunda "Qoritsa" ilə qarşılaşan Zaqreblilər 2:1 hesablı qələbə seviniblər.
"Dinamo"nun hər iki qolunun müəllifi Kulenoviç vurub. Xatırladaq ki, 24 yaşlı idmançı "Qarabağ"a qarşıda dubl müəllifi olmuşdu
"Dinamo" 4 turdan sonra 12 xalla Xorvatiya çempionatında liderdir. "Qarabağ" - "Dinamo" oyunu isə avqustun 28-də "Tofiq Bəhrampov adına Respublika stadionu"da olacaq.