Premyer Liqanın IX turu davam edir. Sport24.az xəbər verir ki, 9-cu oyun həftəsi çərçivəsində bu gün daha iki qarşılaşma baş tutacaq.
Mövsümə uğursuz start verən "Səbail" öz meydanında "Şamaxı"nı qəbul edəcək. Turnir cədvəlinin 9-cu pilləsində qərarlaşan "dənizçilər" artıq "Kəpəz"in nəfəsini kürəyində hiss edir. Paytaxt klubu "qara zolaq"dan çıxmaq, azarkeşlərini sevindirmək üçün bölgə təmsilçisi ilə matça dönüş nöqtəsi kimi baxır. Ayxan Abbasovun "şirlər"i isə üst pilllərdə yer alan kollektivlərdən uzaq düşməmək naminə "ASCO Arena"dan xal və xallarla geri dönməyə çalışacaq.
Qeyd edək ki, turun açılış qarşılaşmasında dünən "Kəpəz" "Neftçi"ni 4:2 hesabı ilə məğlub edib.
Misli Premyer Liqası
I dövrə, IX tur
17:00. "Səbail" - "Şamaxı"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov
VAR: İnqilab Məmmədov
AVAR: Namik Hüseynov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Bakı. "ASCO Arena".