İspaniyanın "Chupa Chups" şirkəti "Real"ın futbolçusu Vinisius Juniora zarafat edib.
İdman.biz xəbər verir ki, buna səbəb braziliyalı futbolçunun "Qızıl top-2024" mükafatında iştirak etməməsi səbəb olub.
Şirkətin sosial şəbəkədə paylaşımı belə olub: "Deyəsən, kimin üçünsə gecə alınmayıb. Biz sənin üçün qızıl hazırlamışıq Vini!" Bu paylaşım qısa müddətdə 2 milyon artıq baxış toplayıb.
Qeyd edək ki, Vinisius və "Real"ın futbolçuları "France Football"ın seçiminə etiraz əlamət olaraq mərasimdə iştirakdan imtina ediblər.
İdman.biz