"Çelsi" "Stemford Bric"dən ayrılacaq. Sport24.az "The Sun"a istinadən xəbər verir ki, London klubu başqa stadiona köçməyi planlaşdırır.
Klub rəhbərlkiyi yeni arenanın tikintisi ilə bağlı danışıqlar aparır. Tutumun artırılması rəsmilər üçün əsas prioritetdir və "Stemford Bric"in yenidən qurulmasının mürəkkəbliyi onları İngiltərə paytaxtının qərbində yeni ərazi axtarmağa vadar edib.
"Transport for London" və tərtibatçı "Delansi" ilə müzakirələr aparılıb. Lakin problem yaradan məsələ odur ki, "Earls Court Development Committee" (ECDC) layihəsinə futbol stadionu daxil deyil. Bu şirkət daha çox minlərlə evin, iş yerlərinin açılması üçün məkanların, mədəniyyət evləri və açıq sahənin yaradılmasına üstünlük verilir. "Çelsi" isə stadion layihəsi üçün israr edir.