"Məğlubiyyətə görə çox təəssüflənirəm. Məncə bizim komanda daha yaxşı oynamağa qadirdir". Sport24.az xəbər verir ki, bunu "Bodo Qlimt"in kapitanı Patrik Berq Norveç mətbuatına açıqlamasında deyib.
"Bodo Qlimt"in yeganə qolunun müəllifi hesab 1:1 olarkən ələ düşən fürsətlərdən istifadə edə bimədiklərini vurğulayıb: "Karyeramın ən pis gecələrindən birini yaşadım. Biz həlledici anlarda son ötürməni edə bilmədik. Məqsədimiz topa nəzarət və rəqibi daha çox qaçmağa məcbur etmək idi. Amma biz bu işin öhdəsindən çox pis gəldik. Nəticədə rəqibə oynamaq imkanlar yaratdıq. Bu oyundan nəticə çıxarıb yolumuza davam etməliyik".
Qeyd edək ki, ötən gün baş tutan "Bodo Qlimt" - "Qarabağ" matçı 1:2 hesabı ilə başa çatıb.