top
Bizə qarşı üçqat motivasiya ilə oynayırlar - kapitan Sport24.az
22 sentyabr 2024, 13:32
- ↺ +

"Bizə qarşı üçqat motivasiya ilə oynayırlar" - kapitan

"Qəbələ" I Liqanın II turunda  "Qaradağ Lökbatan"a 5:0 qalib gəldi. Bölgə təmsilçisinin ən təcrübəli oyunçusu Asif Məmmədov son oyunları və mövsümdəki hədəfləriylə bağlı Sport24.az -a danışdı. 

 

- Çempionatda keçirdiyiniz iki oyunla bağlı fikirlərin maraqlıdır...
- İki tura nəzər yetirsək görərik ki, bu il asan çempionat olmayacaq. Bir qədər boşluq versən, istənilən komanda səndən xal qopara bilər. Keçirdiyimiz iki matça nəzər yetirsək pis çıxış etmirik. Doğma meydanda "Zaqatala"nın müqavimətini qıra bilmədik. Amma səfərdə "Qaradağ Lökbatan"a böyük hesabla qalib gəldik. Hələlik pis irəliləmirik. Amma marafon uzundu, qarşıda bizi daha çətin oyunlar gözləyir. 

 

- Ötən mövsümdə aldığın zədə tam sağalıbmı? 
- Şükürlər olsun, sağalıb, hər şey qaydasındadır. 

 

- "Qəbələ", demək olar, yenidən quruldu. Heyətiniz haqqında nə deyərdin? 
- Komanda yenidən təşkil olunsa da, yaxşı heyətə sahibik. Ümumi götürəndə demək olar komplektləşmişik. Yeni gələn əcnəbilər var ki, onlar tam uyğunlaşmayıblar. Amma kollektiv olaraq çalışacağıq ki, yeniləri ansamblımıza uyğunlaşdıraq. 

 

- Baş məşqçiniz Kaxaber Tsxadadze deyir ki, komandalar bizə qarşı fərqli motivasiyayla meydana çıxır və istəkli olurlar. Bu da üzərimizdə daha çox təzyiq və məsuliyyət yaradır. Sən bu barədə nə deyərdin? 
- Əlbəttə ki, baş məşqçimiz çox düzgün vurğulayır. Çoxları komandamızı çempionatın favoriti hesab etdiyindən bizə qarşı üçqat motivasiyayla oynayırlar. Həqiqətən də işimiz çox çətindir. Kənardan elə görünür ki, guya "Qəbələ" bütün rəqiblərini rahatlıqla sıradab çıxarıb çempion olacaq. Amma elə deyil. Nə meydanda gəzişib qızıl medal qazanmaq mümkündür, nə biz bu düşüncədəyik, nə də rəqiblərimiz buna imkan verər. 

 

- Premyer Liqadakı vəziyyət barədə nə deyərdin? 
- Çox maraqlı və döyüşkən çempionat gedir. "Turan Tovuz", "Zirə", "Şamaxı" kreativlik sərgiləməklə güclülər dəstəsinə rəng qatırlar. Bu mövsüm daha rəqabətli və rəngarəng olacağı qənaətindəyəm.

 

- Səncə, "Turan Tovuz" bu il "Qarabağ"a çempionluq yolunda əngəl ola biləcəkmi?
- Tovuz təmsilçisinin "sükanı arxası"nda zəngin məşqçilik təcrübəsi olan şəxs yer alır. Onların yaxşı heyəti var. Amma nə tovuzlular, nə "Zirə", nə "Sabah"ın "süvarilər" qədər geniş heyətləri, maliyyə gücü və digər bu kimi zəruri imkanları yoxdur. Ona görə, hesab edirəm ki, "Qarabağ"ı uzağı ləngidə bilərlər, amma çempionluq yolundan büdrədə bilməzlər. 

 

ABDULLA İSMAYILOĞLU

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Formula 1
Bu gün, 05:16

Norris: Çempionluq mübarizəsi üçün hələ tam hazır deyilik

Futbol
Bu gün, 04:54

Manchester United baş məşqçisi Michael Kerrickin vəzifəsindən uzaqlaşdırılması mümkündür

Futbol
Bu gün, 04:12

Flik Barselona üçün iki əsas mövqedə yeni oyunçu axtarır

Futbol
Bu gün, 03:12

Arsenalın Martin Subimendi Atletico Madrida transfer ola bilər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Oxşar xəbərlər