"Bavariya"nın futbolçusu Alfonso Deyvis zədəsini sağaldıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı müdafiəçi artıq komanda ilə məşqlərə başlayıb.
Alfonso Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda "Feyenoord"la matçda zədələnmişdi.
Bu mövsüm Deyvis "Bavariya"nın heyətində bütün yarışlarda 25 oyuna çıxıb və 1 qol vurub. O, 2018/2019 mövsümündən Almaniya nəhəngində çıxış edir.