"Bavariya" futbol əfsanələrinin iştirakı ilə martın 17-də "Bekkenbauer Kuboku" turniri təşkil edəcək. Sport24.az xəbər verir ki, Münhen klubunun 125 illiyinə həsr olunacaq yarışda ev sahiblərindən başqa, "Real", "Milan", "Borussiya", "Ştutqart" və "Ayaks" da çıxış edəcək.
"Bekkenbauer Kuboku"nda Aryen Robben, Frank Riberi, Lotar Matteus (keçmiş "Bavariya"lılar), Dida ("Milan"), Lukas Barrios ("Borussiya"), Aleksandr Qleb ("Ştutqart") və Rayan Babelin ("Ayaks") iştirak edəcəyi gözlənilir.