"Bavariya" UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunun PSJ ilə ev matçı zamanı Paris təmsilçisi və onun prezidenti Nasser Əl-Xelaifiyə qarşı yönəlmiş plakatlara görə üzr istəyib. Sport24.az xəbər verir ki, bu barədə Almaniya təmsilçisinin mətbuat xidməti bəyanat yayıb.
Münhenlilər rəqib komandanın və rəsmi nümayəndələrinin bu şəkildə hücuma məruz qalmasına və təhqir olunmasına görə üzr istəyib. Həmçinin plakatların "Bavariya"nın mövqeyini əks etdirmədiyi və iki klub arasındakı münasibətlərə uyğun gəlmədiyi vurğulanıb.
Qeyd edək ki, qarşılaşma "Bavariya"nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.