"Başakşehir" hücum xəttini gücləndirib. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisi "Olimpiakos"dan İvan Brniçi transfer edib. Bu barədə Superliqa klubunun mətbuat xidməti məlumat yayıb.
Xorvatiyalı yarımmüdafiəçi ilə 2028-ci ilin yayına kimi müqavilə imzalanıb.
Qeyd edək ki, 23 yaşlı futbolçu mövsüm əvvəlindən icarə əsasında çıxış etdiyi Sloveniyanın "Çelye" klubunda 27 oyuna 6 qol vurub, 3 məhsuldar ötürmə edib.