İspaniyanın "Barselona" klubunun prezidenti Xuan Laporta Zəfər parkını ziyarət edib.
İdman.biz Report.az-a istinadən xəbər verir ki, Kataloniya klubunun rəsmisinə Azərbaycanın 44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü bərpa etməsi barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, La Liqa klubunun prezidenti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədi ilə Bakıya gəlib.
İdman.biz