"Barselona" Amerikanın "Nike" şirkəti ilə əməkdaşlığı davam etdirmək üçün razılaşmaya yaxındır. Sport24.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Tərəflər 10 illik yeni müqavilə imzalaya bilərlər. Müqavilənin şərtlərinə əsasən, kataloniyalılar bu müddət ərzində ABŞ şirkətindən 1,7 milyard avro alacaq. Müqaviləyə 158 milyonluq imza bonusu da daxildir.
Qeyd edək ki, "Barsa" ilə "Nike" arasında hazırkı müqavilə 2028-ci ildə başa çatacaq.