"Barselona" Avropanın aparıcı beş liqasından yeganə komandadır ki, bu mövsüm iki müxtəlif futbolçusu 10 və daha çox qol vurub.
İdman.biz xəbər verir ki, bununla bağlı "Opta" məlumat yayıb.
Robert Levandovski 15, Rafinya isə 11 dəfə "Barselona"nın rəqiblərini məyus ediblər.
Qeyd edək ki, braziliyalı vinger "Malyorka"ya 5:1 hesabı ilə qalib gəldikləri oyunda dubl edib.
İdman.biz