İspaniyanın "Barselona" klubunun prezidenti Xuan Laporta Bakıya gəlir.
İdman.biz xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, Laporta Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcək.
Laportanın səfəri noyabrın 16-na planlaşdırılıb.
Qeyd edək ki, COP29 noyabrın 11-dən 22-dək Bakıda keçirilir.
Laportanın 2003-2010-cu illərdə "Barselona"ya rəhbərliyi dövründə komanda dörd dəfə La Liqanı, iki dəfə Çempionlar Liqasını qazanmaqla ümumilikdə 12 kuboka sahiblənib. 2009-cu ildə isə "Barselona" il ərzində altı kubok qazanıb və rekorda imza atıb.
O, 2021-ci ilin martın 7-də yenidən "Barselona"nın prezidenti seçilib.
İdman.biz