Polşalı qapıçı Voyçex Şensnı "Barselona" ilə anlaşıb. Sport24.az xəbər verir ki, 34 yaşlı futbolçu bu ilin yayında karyerasını bitirsə də, İspaniya klubunun təklifini qəbul edib.
Onunla tibbi müayinədən keçdikdən sonra bir illik müqavilə imzalancağı deyilir.
Qeyd edək ki, daha əvvəl "Barselona"nın əsas qapıçısı Mark-Andre Ter Ştegen zədə səbəbindən 8 aylıq sıradan çıxıb.