top
Araz-Naxçıvanın portuqaliyalı legioneri: Çox yaxşı, intizama riayət edən bir heyətimiz var Sport24.az
18 iyul 2024, 11:35
- ↺ +

"Araz-Naxçıvan"ın portuqaliyalı legioneri: "Çox yaxşı, intizama riayət edən bir heyətimiz var"

"Burada olmaq və oynamaq karyerama təsir edəcək". Sport24.az xəbər verir ki, bunu "Araz-Naxçıvan"nın yeni transferi Benny deyib.

 

Təlim-məşq toplanışını Ərzurumda davam etdirən "qırmızı-ağlar" gündəlik məşqlərlə yanaşı, yoxlama oyunlarında da gücünü sınayır. Türkiyə Superliqa təmsilçisi "Alanyaspor"la toplanışın ilk yoldaşlıq görüşündə (1:1) debüt edən portuqaliyalı futbolçu oyunla bağlı təəssüratlarından danışıb: "Alanyaspor"la matç yoxlama xarakteri daşısa da, meydanda sanki günlərlə keçdiyimiz məşqlərin hesabatını verməyə çalışdıq. İlk oyunumuz idi, çatışmazlıqların olması normaldır, amma müsbət məqamlar da vardı. Məncə, ilk addımımız pis alınmadı, ancaq vacib olan baş məşqçinin fikirlərini və istəklərini düzgün icra etməkdir. Tədricən buna nail olacağımızı vurğulaya bilərəm".

 

27 yaşlı yarımmüdafiəçi keçidi haqda isə bunları deyib: "Menecerim Eren bəy Azərbaycandan təklif gəldiyini bildirdi. Futbolçu həyatı elədir ki, hər zaman yeni çağırışlara hazır olmalısan. Bu baxımdan dedim ki, dəyərləndirək. Artıq 1 həftədir ki, "Araz-Naxçıvan"ın düşərgəsindəyəm. Çox yaxşı, intizama riayət edən bir heyətimiz var. Hər kəs bir-birinə mehriban davranır, kömək etməyə çalışır. Təbii ki, klubun da bir hədəfi var və buna nail olmaq üçün əlimizdən gələni maksimum edəcəyik. Yeni mövsümə hazırlığımız yüksək səviyyədə davam edir. Start uğurlu olmalıdır. Bunun üçün biz futbolçular çox çalışmalıyıq".

 

Portuqaliyalı legioner ölkəmiz və çempionatımız haqda müəyyən bilgilərə sahib olduğunu, bu işdə ona keçmiş komanda yoldaşlarının kömək etdiyini bildirib: "Əlbəttə, "hə" dedikdən sonra həm formasını geyinəcəyim klub, həm də liqa haqqında məlumat topladım. Bu işdə mənə ən çox vaxtı ilə bir komandada oynadığım, indi isə karyerasını ölkənizdə davam etdirən bir neçə futbolçu kömək etdi, dolğun məlumat verdi. Burada olmaq və oynamaq karyerama müsbət mənada təsir edəcək".

 

Qeyd edək ki, Benny indiyə qədər Portuqaliyanın "Farmaçao", "Oeiraş", "Belenenseş", SAD, "Benfika B", "Şaveş", "Uniao Torreense" və Kiprin "Doxa Katokopias" klublarında çıxış edib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:31

Kilian Mbappe, Fransa milli komandası İtaliya ilə qarşılaşmasını atlayacaq

Digər
Bu gün, 18:28

Rəhim Həsənov 11-ci turun mübahisəli epizodlarına aydınlıq gətirdi - VİDEO

Digər
Bu gün, 18:26

Kerem Aktürkoğlu körpüləri yandırdı: Geri qayıtmaq istəyir

Futbol
Bu gün, 18:16

22 yaşlı futbolçu Vanis Onsor məşq zamanı vəfat etdi

Futbol
Bu gün, 18:09

Öz futbolumuzu inkişaf etdirməliyik: Azərbaycan millisi Mərakeş deyil

Futbol
Bu gün, 18:00

Endrik Braziliya milli komandada oynamağın onun üçün ən böyük sevincidir

Qarabağ FK
Bu gün, 17:56

Veteran futbolçu: “Neftçi” bu mövsüm çempion olacaq”

Qarabağ FK
Bu gün, 17:41

“Qarabağ” qış fasiləsində iki yeni transfer həyata keçirməyi hədəfləyir

Basketbol
Bu gün, 17:36

İoannis Diamantakos: Gənc qadın basketbol komandamız üçün əsas məqsəd təcrübə toplamaqdır

Cüdo
Bu gün, 17:30

Eşitmə məhdudiyyətli idmançılar üçün cüdo Avropa çempionatı Azərbaycanda keçirilməsi qürurvericidir

Futbol
Bu gün, 17:26

Sabiq baş məşqçi Ədəhim Niftəliyev “Mingəçevir”in maliyyə böhranına baxmayaraq fəaliyyətini davam etdirəcəyinə inandığını bildirib

Futbol
Bu gün, 17:23

Azərbaycan İkinci Liqasının 11-ci tur təqvimine baxış

Futbol
Bu gün, 17:20

Fənərbaxça Lukas Hoqsberq transferinə maraq göstərir

Futbol
Bu gün, 17:19

Zambiya yığmasının Bakıdakı U-15 dünya çempionatından sonra mükafat pulu uğrunda Federasiyaya ittihamları

Futbol
Bu gün, 17:12

Elmar Baxşıyev: Milli takımın Lixtenşteynlə qarşılaşmasına dair fikirləri

Basketbol
Bu gün, 17:07

Çerри Блейкс: «Трабзонспор» яға қаләбә єлә təсдіқ etdiyimizi sübuta vetirdik

Futbol
Bu gün, 17:00

Aleks de Souza "Fortaleza"nın baş məşqçisi ola bilər

Cüdo
Bu gün, 16:49

Bakıda eşitmə məhdudiyyətli cüdoçular arasında Avropa çempionatı start alıb

Boks
Bu gün, 16:46

Azərbaycan boksçusu Gülər Hüseynova Dakar-2026 IV Gənclər Yay Olimpiya Oyunlarının finalına yüksəldi

Futbol
Bu gün, 16:40

Aslan Kərimov: D kateqoriyalı məşqçilər kursunda təcrübə bölüşməsi

Futbol
Bu gün, 16:38

Romelu Lukaku yaralanma səbəbindən Türkiyə ilə oynanacaq UEFA Liqası matçında iştirak etməyəcək

Digər
Bu gün, 16:38

Anar Bayramov: Azərbaycan deflimpiyaçıları beynəlxalq yarışlarda yüksək nəticələr əldə edirlər

Futbol
Bu gün, 16:33

PSJ Borussia qapıçısı Qregor Kobeli transfer etmək istəyir

Cüdo
Bu gün, 16:12

Fərid Qayıbov eşitmə məhdudiyyətli cüdoçuların Avropa çempionatının açılışında çıxış etdi

Oxşar xəbərlər