"Avrokuboklar haqda danışmaq tezdir. İşimizi düzgün qurmalı, addım-addım irəliləməli, hər dəfə növbəti görüşü düşünməliyik".
İdman.biz xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın məşqçisi Rasim Ramaldanov deyib.
Cəzalı baş məşqçi Elmar Baxşıyevi əvəzləyən Ramaldanov Azərbaycan Premyer Liqasının VI turunda "Kəpəz"lə oyunu şərh edib: "Azər Bağırova və "Kəpəz" komandasına qarşıdakı oyunlarda uğurlar arzulayıram. Oyunun çətin keçəcəyi gözlənilən idi. Rəqibimiz necə görüşdür məğlub olur. Bunun da qırılma nöqtəsi olacağını bilirdik. Birinci hissədə diqtə edən tərəf biz idik, epizodlar yaratdıq, təəssüf ki, son nöqtəni qoya bilmədik. İkinci hissə bərabər səviyyədə başladı. Amma matçın gedişində müəyyən dəyişikliklər etdik və yekunda lazım olan, oyunun nəticəsini həll edən qolu vurduq və hesabı qoruduq. Dayanmaq olmaz. Marafon uzundur. Səhvlərimiz var, onların üzərində işləməli, oyunumuzu yaxşılaşdırmalıyıq. Keyfiyyətli futbolçularımız var.
Qeyd edək ki, "Araz-Naxçıvan" "Kəpəz" 1:0 hesabı ilə qalib gəlib.
İdman.biz