"Araz-Naxçıvan"ın futbolçusu Felipe Santos sosial şəbəkə hesabında edib.
İdman.biz xəbər verir ki, braziliyalı hücumçu Misli Premyer Liqasında "Turan Tovuz"a (1:0) qalib gəldikləri oyunu dəyərləndirib.
O, vacib qələbə qazandıqlarını bildirib: "Komandama kömək etdiyim üçün xoşbəxtəm. Vacib qələbə qazandıq. Hər kəs bir məqsəd üçün çalışır".
Qeyd edək ki, Felipe Santos Misli Premyer Liqasının ən yaxşı bombardiridir.
İdman.biz