Bakıda təlim-məşq toplanışı keçən "Araz-Naxçıvan" yoxlama matçında qüvvəsini sınayıb.
İdman.biz xəbər verir ki, komanda klubun əvəzedicilərdən ibarət heyəti ilə qarşılaşıb.
Oyun Elmar Baxşıyevin yetirmələrinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın qollarını Ülvi İsgəndərov, Vanderson və Ürfan Abbasov vurublar. Əvəzedicilərin heyətində isə Elcan Məmmədov fərqlənib.
Qeyd edək ki, "Araz-Naxçıvan" iyunun 28-dən start götürən hazırlığın ilk mərhələsini başa vurub. Komanda iyulun 10-da Erzuruma yola düşəcək.
İdman.biz