Misli Premyer Liqasının XXV turunda "Sabah"la qarşılaşacaq "Araz-Naxçıvan" oyunöncəsi son məşqini keçirib. Sport24.az xəbər verir ki, Muxtar Respublika təmsilçisi "Bank Respublika Arena"nın ehtiyat meydanında hazırlığını reallaşdırıb.
Zədəli futbolçulardan Miço Kuzmanoviç, Ramon Maçado və Ramin Nəsirli iştirak etməyiblər.
Qeyd edək ki, "Sabah" - "Araz-Naxçıvan" qarşılaşması sabah saat 19:30-da "Bank Respublika Arena"da baş tutacaq.