top
Ağ-qara lotereyaya inananlar neçə nəfərdi? Sport24.az
11 oktyabr 2024, 17:00
- ↺ +

"Ağ-qara" lotereyaya inananlar neçə nəfərdi?

CEYHUN ƏLİYEV

 

"Lotereya - nikbinlərin dəqiq sayını öyrənmək üçün ən gözəl üsuldu". Bu sözlər SSRİ və Rusiyanın böyük satira ustası Mixail Jvanetskiyə məxsusdu. Ümumiyyətlə, Mixail Mixayloviçin yaradıcılığına zaman-zaman baş vurmağı sevirəm. Bu gün sübh saatlarında onun ölməz ifadələrini vərəqləyərkən məhz bu sözlər diqqətimi çəkdi. Hansısa səs qulağıma pıçıldayırdı ki, bu ifadə o "qoca"nın boyuna biçilib…

 

Son günlər kimləri gətirməyiblər "Neftçi"nin başına?! Ümumiyyətlə, sirr deyil ki, "ağ-qaralar" və "Qarabağ" haqqında yazılar daim oxucuların diqqət mərkəzində olur. Xəbərin mənşəyi bilinməyən (Əhmədağa əmi yuxusunda görüb sayılmır) məlumatlar həqiqətən sarkazm dolu gülüş doğurur. Azarkeşləri anlamaq olur. Onlar xilaskar axtarır, hər xəbər üzərindən sosial şəbəkələrdə qızğın müzakirə aparırlar.

 

Bu, elə mövzudu ki, hər bir mətbu orqanı öz əlaqələrini işə salır. Biz də kənarda qalmamışıq və 4 gün əvvəl iki namizədin adını qeyd etmişik ki, bəri başdan deyək ki, böyük ölçüdə heç nə dəyişməyib. Yenə də Samir Abasov və Arif Əsədov baş namizədlərdi. Sadəcə, bir məsələ var ki, "Sumqayıt"ın baş məşqçisini üstün edir: "təbliğat maşını" çox güclüdü.

 

Həə, qayıdaq yazının ilk cümləsinə. Təkrar yazmayacam, zəhmət olmasa, yazının əvəlinə qayıdın və bir daha diqqətlə oxuyun. Bax, indiki durumda "Neftçi"nin baş məşqçi seçimi lotereya kimi bir şeydi. Hə, nikbinlər (azarkeşlər) çoxdu və güman edirlər ki, bu dəfə çıxarılacaq şarın rəngi "ağ-qara" olacaq. Ancaq şar bir deyil, ikidi, atam balası. Özü də hər iki şar eyni nöqtəni vurmalıdı. Birinci şarın içindən çıxacaq ad baş məşqçiyə məxsusdursa, ikinci şarın içində idarəedici(lər) oturub. Şarın çölü "ağ-qara" rəngə də boyana bilər, başqa birisinə də. Ancaq içi…

 

Unutmayın ki, ruletkada (Jvanetskinin təbirincə desək lotereyada) udan həmişə kazino olur, uğurlu rəqəmin düşəcəyinə ümid edənlər yox.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Dünən, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Futbol
Dünən, 20:36

“Araz-Naxçıvan”ın müdafiəçisi İssuf Paro Türkiyədə əməliyyat olundu

Basketbol
Dünən, 20:29

ABL 1-ci dövrün son turu üçün oyun vaxtları açıqlandı

Futbol
Dünən, 20:23

Real Madrid'in baş məşqçisi Joze Mourinyo La Liga'da Ayın Ən Yaxşı Məşqçisi seçildi

Basketbol
Dünən, 20:15

Sabah Qravett'ı geri qaytarmaqda

Futbol
Dünən, 20:04

Turan Tovuz”un vitse-prezidenti Həsən Zeynalov: “Məqsədə çatmasaq, baş məşqçi ilə danışılacaq”

Futbol
Dünən, 19:57

Qattuzo: "Otağa girdim, sanki morq kimi hissettim"

Futbol
Dünən, 19:51

Joze Mourino İspaniya La Liqasında oktyabr ayının ən yaxşı məşqçisi seçildi

Cüdo
Dünən, 19:43

Azərbaycanın iki cüdo hakiminə beynəlxalq dərəcə verildi

Futbol
Dünən, 19:35

Sumqayıtın futbolçuları milli komandalarına çağırıldı

Oxşar xəbərlər