Hücumçu Qonsalo Torres yeni mövsümdə "Real"lın əsas heyətində çıxış edəcək. Sport24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
"Real" akademiyasının yetirməsi məşqçilər korpusunun etimadını qazanıb və 25 nəfərlik heyətə salınacaq. Hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulan Qonsalo tezliklə klubla yeni müqavilə imzalayacaq.
Qeyd edək ki, 21 yaşlı forvard klublararası dünya çempionatında "Real" heyətində 6 oyun keçirib, 4qol vurub və 1 məhsuldar ötürmə edib.