"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim Premyer Liqada "Tottenhem"ə məğlub olduqları görüşü şərh edib. Sport24.az xəbər verir ki, mütəxəssis 0:1 hesabıyla bitən matçla bağlı bunları deyib:
"Onlar qol vurdu, biz yox. Əsas fərq budur. Çoxlu qol imkanlarımız olsa da, fərqlənmək mümkün olmadı. Qol vura bilmədiyimiz üçün xal qazana bilmədik".
"Mançester Yunayted" Premyer Liqada 29 xalla 15-ci sıradadır.