Mövsümlər üzrə ən yaxşılara verilən "Qızıl Top" mükafatının ötən 2024/25 mövsümü üzrə qalibi bəlli olub.
İdman.biz Offsideplus.az-a istinadən xəbər verir ki, bu barədə məlumat mediaya sızdırılıb.
Bildirilib ki, ötən mövsümün ən yaxşısı Lamin Yamal seçilib.
"Barselona"nın və İspaniya millisinin ulduzu hətta bugünkü mərasimə 20 nəfər yaxını ilə birlikdə qatılacaq.
Onun hətta Parisdə ailə üzvlərinə və qohumlara özəl olaraq xüsusi bir parti verməyə hazırlaşdığı bildirilib.
İdman.biz