"TNT Sports" klublararası dünya çempionatından sonra 2025-ci ildə "Qızıl top"a iddialıların yenilənmiş reytinqini dərc edib. Sport24.az xəbər verir ki, siyahıda birinci yerdə "Barselona"nın hücumçusu Lamin Yamal qərarlaşıb. Ötən ay o, yalnız üçüncü idi.
PSJ-nin yarımmüdafiəçisi Vitinya 2-ci yerə enib. İlk "10-luq"da olmayan "Çelsi"nin yarımmüdafiəçisi Koul Palmer isə 3-cü yerə yüksəlib. Əvvəllər ikinci olan PSJ-nin hücumçusu Usman Dembele dördüncü yerə düşüb.
Qeyd edək ki, "Qızıl top"a namizədlərin adları avqustda açıqlanacaq, mükafatlandırma mərasimi isə sentyabrın 22-də Parisdə keçiriləcək.
"Qızıl top"a iddialıların reytinqi:
1. (3) Lamine Yamal (Barselona).
2. (1) Vitinya (PSJ).
3. Koul Palmer (Çelsi).
4. (2) Usmane Dembele (PSJ).
5. (4) Rafinya (Barselona).
6. (5) Nuno Mendes (PSJ).
7. (6) Əşraf Hakimi (PSJ).
8. (7) Məhəmməd Salah (Liverpul).
9. (8) Canluici Donnarumma (PSJ).
10. (9) Kilian Mbappe (Real Madrid)