top
Qızıl Top 2024/25: Namizədlər və Favoritlər - İDMAN.BİZ Təhlili Idman.biz
22 sentyabr 2025, 14:35
- ↺ +

"Qızıl Top" 2024/25: Namizədlər və Favoritlər - İDMAN.BİZ Təhlili

Dünyanın ən yaxşı futbolçusunun adına (2024/25 mövsümünün nəticələrinə əsasən, "France Football" jurnalının versiyası üzrə) bir neçə saata aydınlıq gələcək.

İdman.biz xəbər verir ki, "Qızıl Top"un təqdimat mərasimi bu gün Parisdəki Şatle Teatrında keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Bu dəfə mükafat UEFA ilə birgə təqdim olunacaq. Qeyd edək ki, 2010–2015-ci illərdə mükafat "France Football" və FIFA tərəfindən birlikdə verilirdi. 2016-cı ildən isə iki ayrı mükafat təsis olunub – biri jurnalın, digəri isə FIFA-nın versiyasıdır. Ötən il "Qızıl Top"u "Mançester Siti"nin ispaniyalı yarımmüdafiəçisi Rodri qazanmışdı.

Əslində, ilin ən yaxşı futbolçusunun müəyyənləşdirilməsi hər dəfə geniş müzakirələr doğurur. Hələ mövsümün tam başa çatmadığı bir vaxtda – ilin sonuna dörd ay qalmış qalibin elan edilməsi də ayrıca mübahisə mövzusudur.

Namizədlər

Bu il "Qızıl Top" üçün namizədlərin siyahısı belədir:

"Real Madrid" (İspaniya): Cud Bellingem, Kilian Mbappe, Vinisius Junior

"Paris Saint-Germain" (Fransa): Usman Dembele, Dezire Due, Əşraf Hakimi, Xvicha Kvaratsxelia, Nunu Mendez, Vitinya, Joau Neves, Fabián Ruiz

"Bavariya" (Almaniya): Harri Keyn, Maykl Olise

"Barselona" (İspaniya): Robert Levandovski, Pedri, Lamin Yamal, Rafinya

"Liverpul" (İngiltərə): Floryan Virts, Aleksis Mak Allister, Məhəmməd Salah, Virgil van Deyk

"İnter" (İtaliya): Denzel Dümfris, Lautaro Martinez

"Borussiya Dortmund" (Almaniya): Seru Girassi

"Arsenal" (İngiltərə): Viktor Dyo­keresh, Deklan Rays

"Çelsi" (İngiltərə): Kol Palmer

"Mançester Siti" (İngiltərə): Erlinq Haland, Canluici Donnarumma

"Napoli" (İtaliya): Skott Maktominey

Siyahıda ən çox futbolçu PSJ-yə məxsusdur – səkkiz oyunçu. Qeyd edək ki, Donnarumma sentyabrın 1-də Paris klubundan "Mançester Siti"yə keçsə də, namizədlər siyahısında qalır.

Dünyanın ən yaxşı futbolçusunun adına (2024/25 mövsümünün nəticələrinə əsasən, France Football jurnalının versiyası üzrə) bir neçə saata aydınlıq gələcək.

İdman.biz xəbər verir ki, "Qızıl Top"un təqdimat mərasimi bu gün Parisdəki Şatle Teatrında keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Bu dəfə mükafat UEFA ilə birgə təqdim olunacaq. Qeyd edək ki, 2010–2015-ci illərdə mükafat France Football və FIFA tərəfindən birlikdə verilirdi. 2016-cı ildən isə iki ayrı mükafat təsis olunub – biri jurnalın, digəri isə FIFA-nın versiyasıdır. Ötən il "Qızıl Top"u "Mançester Siti"nin ispaniyalı yarımmüdafiəçisi Rodri qazanmışdı.

Əslində, ilin ən yaxşı futbolçusunun müəyyənləşdirilməsi hər dəfə geniş müzakirələr doğurur. Hələ mövsümün tam başa çatmadığı bir vaxtda – ilin sonuna dörd ay qalmış qalibin elan edilməsi də ayrıca mübahisə mövzusudur.

Namizədlər

Bu il "Qızıl Top" üçün namizədlərin siyahısı belədir:

  • "Real Madrid" (İspaniya): Cud Bellingem, Kilian Mbappe, Vinisius Junior

  • "Paris Saint-Germain" (Fransa): Usman Dembele, Dezire Due, Əşraf Hakimi, Xvicha Kvaratsxelia, Nunu Mendez, Vitinya, Joau Neves, Fabián Ruiz

  • "Bavariya" (Almaniya): Harri Keyn, Maykl Olise

  • "Barselona" (İspaniya): Robert Levandovski, Pedri, Lamin Yamal, Rafinya

  • "Liverpul" (İngiltərə): Floryan Virts, Aleksis Mak Allister, Məhəmməd Salah, Virgil van Deyk

  • "İnter" (İtaliya): Denzel Dümfris, Lautaro Martinez

  • "Borussiya Dortmund" (Almaniya): Seru Girassi

  • "Arsenal" (İngiltərə): Viktor Dyo­keresh, Deklan Rays

  • "Çelsi" (İngiltərə): Kol Palmer

  • "Mançester Siti" (İngiltərə): Erlinq Haland, Canluici Donnarumma

  • "Napoli" (İtaliya): Skott Maktominey

Siyahıda ən çox futbolçu PSJ-yə məxsusdur – səkkiz oyunçu. Qeyd edək ki, Donnarumma sentyabrın 1-də Paris klubundan "Mançester Siti"yə keçsə də, namizədlər siyahısında qalır.

Favoritlər kimdir?

PSJ-nin çoxsaylı namizədləri təsadüfi deyil. Paris klubu demək olar ki, bütün mümkün turnirlərdə uğur qazanıb, yalnız Klub Dünya Çempionatının finalında "Çelsi"yə 0:3 hesabı ilə uduzub. Bununla belə, komandanın içində xüsusi fərqlənən superulduzun olmaması səbəbindən "Qızıl Top"un həmin oyunçulardan birinə verilməsi inandırıcı görünmür.

"Real"ın üç namizədi də mövsüm ərzində sabit çıxış etsələr də, ilin ən yaxşı futbolçusu adına iddialı olmaq üçün kifayət qədər parlamayıblar.

Mövsümün ən məhsuldar oyunçusu isə şübhəsiz ki, Erlinq Halanddır. O, həm klub, həm də milli komanda səviyyəsində qolları ard-arda vurub. Lakin son illərdə mükafatın yalnız fərdi statistikalara görə verilməməsi norveçli hücumçunun şanslarını azaldır.

Əsas mübarizənin iki "Barselona" oyunçusu – gənc istedad Lamin Yamal və möhtəşəm mövsüm keçirən Rafinya arasında olacağı gözlənilir. Onlara yalnız "Liverpul"dan Məhəmməd Salah və PSJ-dən Usman Dembele real rəqib ola bilər.

Əlbəttə, turnirlərdə qazandığı uğurlara görə ən azı bir PSJ futbolçusunun favoritlər sırasına düşməsi də mümkündür.

Vüqar Vüqarlı
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 12:07

Basketbol millimizin oyunlarına biletlər satışa çıxarıldı

Digər
Bu gün, 12:00

“Sabah”ı penalti ilə üz-üzə qoyan futbolçu: “Məyusuq”

Futbol
Bu gün, 11:54

Ronaldinyo Batumidə lüks mənzil alıb

Futbol
Bu gün, 11:46

Komo 9-1 Lens məğlubiyyəti: Çempionlar Liqasının rekord qələbəsi

Futbol
Bu gün, 11:41

Cud Bellinqem 23 yaşında İker Kasilyasın rekordunu qırdı

Futbol
Bu gün, 11:40

"Lids" Liverpoolun yarımmüdafiəçisini qış transfer pəncərəsində transfer etməyi planlaşdırır

Futbol
Bu gün, 11:39

Lionel Messinin uşaqlarının təhsil xərcləri açıqlanıb

Gimnastika
Bu gün, 11:09

Gimnastikada finala yaxınlaşan Azərbaycanlı Nikita Simonov: 'Daha güclü olmaq üçün planlarım var'

Minifutbol
Bu gün, 11:05

Azərbaycan futzalının milli komandası Çexiya ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:00

Roman Hüseynov: Vəziyyətin bu səviyyəyə çatmasını istəmirik

Digər
Bu gün, 10:58

Gəncə'də Zəfər Gününü qeyd edərək veloyürüş keçirildi

Futbol
Bu gün, 10:43

Napoli Qavini Barselona'dan transfer etməkdə maraqlıdır

Futbol
Bu gün, 10:40

Anastasios Duvikas, Yunan hücumçusu, Çempionlar Liqasının bombardlilər siyahısında liderdir

Cüdo
Bu gün, 10:32

Bakı şəhərində U-17 cüdo birinciliyi 9-10 noyabr tarixində keçiriləcək

Digər
Bu gün, 10:28

Fərid Qayıbov Monako'da Avropa Şurasının iclasında çıxış etdi

Formula 1
Bu gün, 10:13

Alan Cons, 1980-ci il Formula-1 dünya çempionu, 80 yaşında vəfat etdi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi” Braziliya hücumçusunu transfer etdi, “Qarabağ” yenidən Portuqaliya klubuna müraciət edir

Futbol
Bu gün, 09:49

Sabah Kapitanı Stas Pokatilov: UEFA Çempionlar Liqasında Ən Çox Qurtarış Edən İkinci Qapıçıdır

Qarabağ FK
Bu gün, 09:45

Riçard Almeyda Azərbaycana qayıtdı: Emosional paylaşımı ilə həsrətini izah etdi

Digər
Bu gün, 09:40

Kanada Rus millətinin gənclər dünyə çempionatına qatılmamasına qərar verdi

Futbol
Bu gün, 09:38

Yeddinci turun son dörd oyunu bu gün

Voleybol
Bu gün, 09:35

DH Volley Azərbaycan komandası CEV Çelenk Kubokunda növbəti oyununa çıxacaq

Basketbol
Bu gün, 09:31

LANDAU Lionsun məğlubiyyəti sonrası Erhan Toker səbəbləri açıqladı

Basketbol
Bu gün, 09:25

Murad Dikmen: Ev oyunlarını qələbə ilə bitirmək əsas məqsəddir

Oxşar xəbərlər