Qətər Qitələrarası Kubokun final mərhələsinə ev sahibliyi edəcək. Sport24.az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.
Turnirin son üç oyunu Qətərdə keçiriləcək. Dekabrın 10-da meksika təmsilçisi "Kruz Azul" Libertadores kubokunun hazırkı qalibi ilə qarşılaşacaq. Bu görüşdən qalib ayrılan komanda yarımfinalda Misirin "Piramids" klubu ilə qarşılaşacaq. Və bu komandalardan biri həlledici görüşdə PSJ ilə üz-üzə gələcək.
Qeyd edək ki, Qitələrarası Kubokun son qalibi Madrid "Real"I olub.