top
Qismət Alıyev: “Məhz bu səbəbdən istəyini reallaşdırmasına mane olmadım” Sport24.az
17 avqust 2024, 10:15
- ↺ +

Qismət Alıyev: “Məhz bu səbəbdən istəyini reallaşdırmasına mane olmadım”

"Zirə"nin kapitanı Qismət Alıyev Sport24.az-a müsahibə verib. 27 yaşlı müdafiəçi həm çempionat oyunlarını dəyərləndirib, həm də Konfrans Liqası ilə bağlı fikirlərini bölüşüb.


- Kapitanı olduğun kollektiv uğurlu çıxışla həm avrokubokda, həm də ölkə çempionatında yoluna davam edir. 2024/25 "futbol ili"nə belə başlayacağınızı gözləyirdin?
- Ötən "futbol ili"ndə yaxşı mübarizə aparmaqla həm gümüş medalları əldə etdik, həm də ölkə kubokunun finalçısı olduq. Bu mövsüm də uğurlu seriyanı davam etdirmək fikrindəyik. Ona görə hər iki cəbhədə layiqli mübarizə aparmalıyıq. "Osirek"lə səfərində əldə etdiyimiz heç-heçədən sonra bütün diqqətimizi "Sabah"la oyuna yönəltmişdik. Çox şükür ki, sonda istədiyimizə nail olduq. Konfrans Liqası öz yerində, Premyer Liqanı da unutmaq olmaz.

 

- "Zirə"nin ştatlı penalti vuranı sən olsan da, istər "Osiyek"lə səfər oyununda, istərsə də "Sabah" matçda "nöqtə"yə Rafael Utziq yaxınlaşdı. Xorvatiya təmsilçisi ilə cavab qarşılaşmasında isə penalti seriyasında şansını boşa verdin. Səbəbi bilmək istərdik...
- "Osiyek"lə səfərdəki ilk oyunun son saniyələrində Utziq penaltini vurmağı çox istəyirdi. Onun doğum günü idi. Məhz bu səbəbdən istəyini reallaşdırmasına mane olmadım. Cavab oyununda isə çox güc sərf etdik. Matçın əsas vaxtında penaltidən rəqibi məyus etdim. Amma "lotoreya"da bunu bacarmadım. Deməzdim ki, bu yorğunluğa görə oldu. Mətbuatda bizi tənqid edirlər ki, "Zirə"nin üç yerli oyunçusu penaltini qaçırdı. Əslində heç kim bundan "sığortalanmayıb". Həmçinin rəqib qapıçının da haqqını vermək lazımdı. O, bəlkə də bizim hara zərbə vuracağımızı öncədən təhlil etmişdi. Hətta bizi pley-offa daşıyan Utziqin zərbəsinin də istiqamətini tapdı. Amma "çıxarda" bilmədi. Əsas odur ki, Tiaqo həmkarından daha üstün oldu və biz pley-offa vəsiqəni təmin etdik.

 

- "Osiyek"lə cavab matçının bu qədər uzanacağını gözləyirdin?
- Xorvatların oyun tərzindən, mərhələ keçmək istəyindən məlumatlı idik. Düzü, qarşılaşmanın əlavə vaxta gedəcəyini gözləyirdik. Amma penaltilər seriyasınadək uzanacağından ehtiyat edirdik. Çünki, məşqlərdə buna hazırlaşmamışdıq. Əslində matçın taleyini 90 dəqiqədə həl etməyi istəyirdik. Təəssüf ki, alınmadı. Rəqib lazım olan 2 vacib qol vursa da, biz yumruq kimi birləşib xarakter göstərdik və onların pley-off arzularını gözündə qoyduq.

 

- Hər dəfə hesab geridüşdükdən sonra hansı hissləri keçirirdin?  
- Oyundan öncə, rəqibi cərimə meydandan irəlidə qarşılamağı, qapımıza yaxın buraxmamağı planlaşdırmışdıq. "Osiyek"in heyətində cavanlar çox olsa da, hər biri təhlükəli oyunçulardı. Amma istəyimizi reallaşdıra bilmədik. Əlbəttə, hər dəfə bərabərlik qolunu vuranda ruh yüksəkliyi yaşanırdı, şansımızın bitmədiyini anlayırdıq. Volkovun gözəl qolu isə qələbəyə inamımızı daha da artırdı.

 

- Tiaqo Silvanı "Zirə" - "Osiyek" qarşılaşmasının qəhramanı hesab etmək olar?
- Əlbəttə, pley-offa yüksəlməyimizdə Tiaqonun danılmaz xidməti var. Qəhramanlığa gələndə, komandanın bütün üzvləri bu ada layiqdi. Çünki hamı sonadək döyüşdü, bütün gücünü ortaya qoydu.

ABDULLA İSMAYILOĞLU

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:08

Merson, Alonsonun Estevaonu oyununa çıxarmamasını tənqid etdi

Futbol
Bu gün, 03:11

Fermin Lopes Barcelona klubunda özünü kifayət qədər dəyərləndirilmədiyini bildirir

Futbol
Bu gün, 02:13

Barcelona və CBF arasında Rafinyanın zədələnməsinin qarşısını almaq üçün oyun vaxtını tənzimləmək razılaşması

Futbol
Bu gün, 01:51

Yamalın Azərbaycan üçün hədiyyəsi Qazaxıstanla qarışdırıldı

Futbol
Bu gün, 01:15

Mark Kukurelya: Arda Güler meydanda oynadığı zaman komanda dəyişir

Futbol
Bu gün, 00:56

Romano Floriani 2031-ci ilə qədər Latsio klubu ilə müqavilə uzadı

Olimpiada
Bu gün, 00:37

Bu gün Azərbaycan idmançılarımız Dakar-2026-da boks və taekvondo üzrə yarımfinala çıxacaq

Futbol
Bu gün, 00:21

Kubarsi Flik ilə dil maneəsi barədə danışır: "Səsinin tonundan hər şey aydın olur"

Futbol
Bu gün, 00:02

Spalletti, Anqissanı Yuventus'a Transfer Etmeyi Hədəfləyir

Gimnastika
Dünən, 23:54

Azərbaycan Milli Komandası Dünya Çempionasında Medal Qazanıb Vətənə Qayıdı

Futbol
Dünən, 23:36

De la Fuente: Yamalın sağlamlığını önə çəkərək Çexiya oyunundan çıxarmadıq

Futbol
Dünən, 23:21

Tçuameni Fransa Milli Takımı üçün iki oyunu qaçırma riskində

Voleybol
Dünən, 23:01

“Turan” qadın voleybol komandası Maritsa’yı 3:0 məğlub etdi, çempionlar liqasının qrup mərhələsinə yüksəldi – İDMAN.BİZ TOVUZDAN

Basketbol
Dünən, 22:44

"Sabah"ın baş məşqçisi Lazar Spasiç "Trabzonspor"a qalibiyyəti (91:72) dəyərləndirdi: "Azərbaycanlılar komandaları ilə fəxr etmelidir"

Basketbol
Dünən, 22:35

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının IV turunda qələbə qazandı

Voleybol
Dünən, 22:35

Turan" prezident Həsən Zeynalov: 3:0 qələbə ilə CEV Çempionlar Liqasına yüksələldik, mümkün olmayan heç nə yoxdur

Futbol
Dünən, 22:29

Cerrard: Yamal 19 yaşında Ronaldudan daha qabaqdadır

Gimnastika
Dünən, 22:19

Maqsud Mahmudov: Gümüş medal qazandıq, gələn il belaruslu rəqibləri məğlub edib qızıl medal istəyirik

Gimnastika
Dünən, 22:19

Tofiq Əliyev: Dünya Çempionatında Gümüş Medal Qazandım, Lakin Finalda Risk Etməliydim

Gimnastika
Dünən, 22:08

Mixail Malkin: Zədəyə baxmayaraq, gələcəkdə qızıl medal qazanacağımıza inanırıq;

Futbol
Dünən, 22:01

Latsio 23 yaşlı müdafiəçi Romano Floriani ilə müqavilə uzatdı

Futbol
Dünən, 21:49

İtaliya Futbol Federasiyası Qalliani şikayətinə cavab verir

Gimnastika
Dünən, 21:42

Selcan Mahsudova batut gimnastikası üzrə dünya çempionatında gümüş medal qazanmaqla tarixə yönəldikləri üçün sevindiyini bildirib;

Voleybol
Dünən, 21:38

Turanın baş məşqçisi: Bakıda belə ajiotaj yoxdur

Oxşar xəbərlər