top
Qismət Alıyev: Ən çətin rəqib bizdə idi, azarkeşlərimizi sevindirmək istəyirik - MÜSAHİBƏ Idman.biz
04 dekabr 2025, 12:05
- ↺ +

Qismət Alıyev: "Ən çətin rəqib bizdə idi, azarkeşlərimizi sevindirmək istəyirik" - MÜSAHİBƏ

"1/8 final mərhələsinə baxdıqda, demək olar ki, ən çətin rəqib bizdə idi. Bəlkə də, çox komanda bu oyunu finalda və ya yarımfinalda gözləyirdi".

Bunu "Zirə"nin kapitanı Qismət Alıyev sport24.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- "Neftçi" ilə kubok matçında qələbə qazandınız. Qalibiyyətdə əsas nə rol oynadı?

- "Kəpəz"lə Yevlaxdakı matçdan qayıtdıqdan sonra "Neftçi" ilə oyuna hazırlaşmaq üçün vaxtımız çox olmadı. Bir az yorğunluq olsa da, bilirdik ki, çempionat necə vacibdirsə, kubok görüşü də önəmlidir. Oyuna ilk dəqiqədən hər iki komanda çox istəkli, diqqətli başlamışdı. İstər biz, istərsə də onlar bilirdi ki, cüzi səhvlərdən qapımızda qol görə bilərik. Bəlkə də, bolqollu, təhlükəli epizodları çox olan oyun olmadı. Amma düşən fürsətdən biz yararlanıb, kubokda 1/4 finala adlaya bildik.

- Matç əlavə vaxtın son saniyəsinə kimi gərgin getdi. Sizcə, əsas vaxtda istədiyiniz nəticəni qazana bilməmənizə səbəb nə idi?

- Çempionatda XIII turdur, komandalar getdikcə bir-birini daha yaxşı tanımağa başlayır. Çempionatda da "Neftçi" ilə oynamışdıq. Onlar bizim, biz də onların oyun stilinə bələdik. İstər liqa, istərsə də kubok, komandalar bir-birini daha yaxından tanıyır. Oyun ortada getdi. Bizim də imkanlarımız oldu. Fərqlənsəydik, bəlkə tam başqa cür olardı. "Neftçi" də yaxşı mübarizə apardı. Biz özümüzü 120 dəqiqəyə hazırlamışdıq. 116-cı dəqiqədə qol vurmağımız bizi tura gətirdi.

- "Zirə"nin tarixi ərzində titulu yoxdur. "Neftçi" kimi komandanı 1/8 finalda keçdiniz. Bu matçdan sonra sizdə motivasiya verə bilər ki, artıq titul qazanmaq vaxtıdır?

- 1/8 final mərhələsinə baxdıqda, demək olar ki, ən çətin rəqib bizdə idi. Bəlkə də, çox komanda bu oyunu finalda və ya yarımfinalda gözləyirdi. Ən çətin rəqib bizdə idi, istərsə də "Neftçi" də eyni şeyi deyə bilər məncə. İki dəfə kubokda final oynadıq. Hər ikisində də yaxın olmuşduq. Bəlkə də bizim üçün bu mövsüm elə şans olar ki, azarkeşlərimizə kuboku gətirərək onları sevindirək.

- Amma "Zirə" son mövsümlər mükafatçılar sırasına düşür, avrokuboklara vəsiqə qazanır, stabil çıxış edirsiniz. Bunun açarı nədir?

- Kollektivimizdə olan insanların hamısı futbola bağlı, futbolu sevən adamlardır. İstər rəhbərlik, istər məşqçilər korpusumuz olsun, futbolçular... İlk növbədə komandada mehribançılıq lazımdır. İki mövsüm əvvəl Konfrans Liqasında pley-off mərhələsinə qədər getdik. Son mövsüm mərhələ keçə bilərdik, heyətdə zədəlilər oldu deyə, mərhələ adlaya bilmədik. İldən-ilə komandamız inkişaf etməyə çalışır. Biz də əlimizdə düşən, istər belə matçlar, istərsə də avrokuboklarda oynayaraq, inkişaf etməyə çalışırıq. İki il də bunun nümunədir. Artıq "Neftçi" ilə oyunu unudub, qarşıdakı "Qarabağ"la görüşü düşünürük. Bilirik ki, qalib gəlsək, bəlkə də turnir cədvəli başqa cür olar. Məqsədimiz qarşıdakı matçlardadır.

- "Qarabağ"ı məğlub etsəniz, komanda çempionluq üçün oynaya bilər?

- "Qarabağ"ın gücü hər kəsə məlumdur. ÇL-də ölkəmizi, futbolumuzu layiqincə təmsil edirlər. Birinci oyunumuz heç-heçə bitmişdi. Bilirik ki, "Qarabağ"la oynayan bütün komandalar üçün çətindir. Vaxtımız azdır. Artıq bu oyuna köklənirik. Məqsədimiz çıxdığımız matçlarda qalib gəlməkdir.

- Legionerlər indi daha çox gəlir liqaya, çünki limit yoxdur. Sizcə, legionerlərin səviyyəsi liqaya necə təsir edir? Rəqabət aparmaq olur?

- Çox adam deyə bilər ki, legioner limiti yığışdırıldıqdan sonra azərbaycanlı futbolçunun oynamaq şansı az ola bilər. İstər bizim komandada, istərsə də digər komandalarda olsan, yaxşı formada olsan, məşqlərdə özünü yaxşı tərəfdən göstərə bilsən, məşqçiyə nə fərqi var ki, istər yerlini heyətə buraxsın, yoxsa legioneri? Mən öz komandamdan misal gətirə bilərəm. Bizdə kim formadadırsa, kim hazırdırsa, istər yerli və ya legioner olsun, fərqi yoxdur, Rəşad Sadıqov məhz onu əsas heyətdə meydana buraxır.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:15

Rothen: “Mbappenin təbliğat kampaniyası olmasaydı, “Qızıl top”da ikinci olmazdı”

Güləş
Bu gün, 06:14

Nurəddin Rəcəbov: Azərbaycan güləşçiləri daha yüksək nəticə və əlavə medallar əldə edə bilərdilər;

Güləş
Bu gün, 05:28

Sənan Süleymanov: Qızıl medal qazanıb dünya çempionu oldum

Futbol
Bu gün, 05:11

Harri Keyn Qızıl Top mükafatını aldığını və arzularını aşdığını bəyan etdi

Futbol
Bu gün, 04:17

Lamin Yamalın atası Barcelona hava limanında qadına tüpürüb, stul atdı

Futbol
Bu gün, 03:21

Rəşad Sadıqov: Komandanın çətin vəziyyəti gizlənə bilməz

Futbol
Bu gün, 03:08

Arsenal İngiltərə Liqa Kubokunun 1/8 finalında Flitvud'a məğlub oldu;

Futbol
Bu gün, 02:41

Futbolçu iki sarı vərəqə almasına baxmayaraq meydandan çıxmadı

Futbol
Bu gün, 02:21

“Arsenal” dördüncü liqa “Flintwood Town” qarşısında penaltilərdə məğlub olaraq İngiltərə Liqa Kubokundan çıxdı – oyun zamanı naməlum uçan obyektlə dayandırıldı

Futbol
Bu gün, 01:31

Rodri: Real Madrid bizdən güclüdür, bunu qəbul etməliyik

Basketbol
Bu gün, 00:55

Nanter 92 baş məşqçisi oyunu məğlubiyyətinin səbəblərini izlədi

Qarabağ FK
Bu gün, 00:40

Abbas Hüseynova təşəkkür, gələcək karyerasında uğurlar arzulayırıq

Futbol
Bu gün, 00:29

Qranit Caka və Brel Embolo yenidən İsveçrə milli komandasında iştirak edəcək

Voleybol
Dünən, 23:58

DH Volley klubu CEV Çelenc Kubokunun 1/32 final mərhələsində ilk oyununu 3:1 hesablı qələbə ilə bağladı

Futbol
Dünən, 23:49

«Лацио» – «Сассуоло» 6:2

Futbol
Dünən, 23:47

Cəlal Hüseynovun komandası Rumıniya Kubokunda 6:0 hesabı ilə qalib gəldi

Futbol
Dünən, 23:39

Cəlal Hüseynovun çıxışı ilə "Petrolul" komandası 6-0 böyükhesablı qələbə qazandı

Futbol
Dünən, 23:38

İtaliya A Seriyasında "Latsio" səfərdə "Sassuolo"nu 6:2 hesabı ilə darmadağın edib

Qarabağ FK
Dünən, 23:25

Qarabağın əvəzedici komandaya göndərilən futbolçu klubdan ayrıldı

Basketbol
Dünən, 23:17

Lazar Spasiç: “Sabah” klubunun beynəlxalq arenada belə görünməsi lazımdır

Futbol
Dünən, 22:59

PSJ "Çelsi"nin 80 milyon avroluq cinah hücumçusu Estevaonu icarəyə götürmək istəyir

Futbol
Dünən, 22:47

Qəbələ 3:0 Qələbəsi: Bekiri 90 dəqiqədə oyuna nəzarət etdik

Futbol
Dünən, 22:44

Çelsi hücumçusu Joao Pedro bir neçə həftə yaralanma səbəbindən meydanlardan kənar qalacaq

Futbol
Dünən, 22:40

Şəfa Baku Arena’da ev oyunlarını yenidən keçirə bilər

Oxşar xəbərlər