"Oyuna yaxşı hazırlaşmışdıq. Sadəcə, ilk yarıda istədiyimiz oyunu sərgiləyə bilmədik. Əslində rəqib də fasiləyə kimi bizdən üstün idi desək, düz olmaz. Ancaq onlar ilk yarıda əllərinə düşən fürsətləri maksimum dəyərləndirdi". Bu sözləri Sport24.az-a açıqlamasında MOİK-in baş məşqçisi Qəzənfər Abbasov deyib.
Gənc mütəxəssis fasilədən sonra toparlana bildiklərini də vurğulayıb: "Fasilədən sonra istədiyimiz oyunu ortaya qoyub fərqlənə bildik. Qalib də gələ bilərdik. Ancaq həm tələskənlik, həm də rəqibin yaxşı qapanması buna imkan vermədi. Oyun planında yetirmələrimdən razıyam. Çatışmayan cəhət sabitlikdi".
Qeyd edək ki, I Liqanın III turunda MOİK öz meydanında "Difai" ilə "sülh" bağlayıb - 2:2