I Liqada mübarizə aparan MOİK-in baş məşqçisi postundan gedib. Sport24.az xəbər verir ki, Qəzənfər Abbasov komandadan ayrılıb.
O, bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib:
"Bu gün bir məşqçi kimi seçim edərək, MOİK ilə yolumu ayırmaq qərarına gəldim. Hər zaman klubun adını yüksəkdə tutmaq və uğur qazanmaq üçün əlimdən gələni etdiyimə inanıram. MOİK-ə gələcəkdə uğurlar arzulayıram".
Qeyd edək ki, o, 2022-ci ildən MOİK-in baş məşqçisi idi. Komanda hazırda 22 xalla 6-cı pillədə qərarlaşıb.