top
Qənirə Zeynalova: Futbolçu olmaq, Fənərbağçada oynamaq arzusundayam Idman.biz
16 yanvar 2026, 14:59
- ↺ +

Qənirə Zeynalova: Futbolçu olmaq, "Fənərbağça"da oynamaq arzusundayam

Qənirə Zeynalova - bu ad hələ bir çoxlarına tanış olmasa da, irəlidəki illərdə böyük gələcək vəd edir. Hazırda futbolla məşğul olan Qənirənin 14 yaşı var, 2 yaşından - 12 ildir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinidir. Ailəsindən isə sadəcə, qardaşı ilə əlaqəsi var. O da başqa uşaq evindədir, bu il əsgər gedəcək...

Qənirə Zeynalovanın teleqraf.az-a müsahibəsini təqdim edirik.

- Futbola həvəsiniz necə yarandır?

- Uşaqlıqdan ən böyük arzum futbolçu olmaqdır. Qardaşım da başqa idman növü ilə məşğul olur. Balacalıqdan televiziyada futbola, futbolla bağlı xəbərlərə baxırdım. Uşaq olanda oğlanlı-qızlı toplaşıb stadiona futbol oynayırdıq. Elə oradan futbola həvəsim artdı. Buna görə asudə vaxtlarımı uşaqlarla futbol oynamaqla keçirirdim. Ən böyük arzum futbolçu olmaq idi. Mövqeyim qapıçı olsa da, həm müdafiədə, həm də hücumda oynaya bilirəm.

- Hansı komandaya azarkeşlik edirsiniz?

- Əsasən Türkiyədə "Fənərbağça", Azərbaycanda isə "Qarabağ", "Neftçi", "Araz-Naxçıvan".

- Oyunları stadiondan izləmək imkanınız olur?

- Keçən il milli komandamızın oyununu stadiondan izlədik. "Araz-Naxçıvan" - "Qarabağ" oyununu stadiondan izləyənlər arasında idim.

- Kumiriniz kimdir?

- Azərbaycanda Nəriman Axundzadədir. Türkiyədə isə ən çox "Fənərbağça"da Sebastian Şimanskini xoşlayıram. Edersonu da çox bəyənirəm, qapıçı olaraq isə kumirim odur. Yuxarıda otaq var, kompüterdən proyektorla, televizordan baxırıq. Uşaqlarla hamımız birgə oturub futbolu izləyirik. Hansı oyunu istəsək, şərait yaradırlar, biz də baxırıq.

- Nərimanın oyunlarını izləyirsiz?

- Əvvəllər daha yaxşı oynayırdı. İndi bir az zəifləyib. Yenə də mənim üçün Azərbaycanın bir nömrəli futbolçusu Nəriman Axundzadədir. Həm də yaraşıqlıdır. Onunla görüşüm də olub. "Qarabağ"ın oyunçuları ilə görüşmüşük.

- Hansı komandanın oyununa canlı baxmağı arzulayırsız?

- İstərdim ki, Türkiyəyə gedib "Fənərbağça"nın oyununa canlı baxım.

- Bəs ən böyük arzunuz nədir?

- Böyüyəndə tanınmış futbolçu olmağı, Türkiyədə "Fənərbağça"da çıxış etməyi arzulayıram. Bunun üçün çox çalışmalıyam. İstəyirəm ki, sürətli, qaçışda güclü olum. Gücümü artırmaq istəyirəm.

- Ronaldo, yoxsa Messi?

- Heç biri. Mbappe – "Real Madrid". Onunla görüşməyi çox istərdim. Mən Messi, Ronaldinyo və Suarezlə görüşmüşəm. COP-29 zamanı Bakıya gəlmişdilər, onda görüşmək imkanımız yarandı. Ronaldinyo bizə orjinal forma verib, top da imzalamışdı. Messini o qədər də xoşlamıram deyə, ona imzalatdırmadım. Bir az Ronaldinyonu bəyənirəm. Ən çox isə Mbappe. Heç vaxt yadımdan çıxmayacaq bir görüş oldu. Çox özəl gün idi.

- Futbolçu olmasanız, fəaliyyətinizi hansı peşədə davam etdirmək istərdiniz?

- Futbolçu olmasam, çox bacarıqlarım var. Xalça toxuya bilirəm, rəqs edirəm, basketbol, voleybol, tennis oynayıram. Hamısında yaxşıyam, amma hədəfim futbolçu olmaqdır. Yəqin ki, futbolçu olmasaydım, tennisçi olardım.

- Sizi nə xoşbəxt edir?

- Futbol.

- Buradan böyüklərə nə demək istəyərdiniz?

- Məni görsünlər, bacardığımı bilsinlər. "Fənərbağça" məni görüb komandaya dəvət etsin.

- Yaşıdlarınıza nə tövsiyə edərdiniz?

- İstərdim ki, heç bir qız futbol oynamaqdan qorxmasın. Futbolçu olmaq istəyirsə, geri çəkilməsin, yoluna davam etsin. Arzusu və bacarığı olan qızlar futbola davam etsə, Azərbaycanda qadın futbolu irəli gedər.

- Kiminlə görüşmək istəyərdiniz?

– "Qarabağ"ın oyunlarına getmək, Qurban Qurbanov, Zubir və Nəriman Axundzadə ilə görüşmək istərdim.

– Qurban Qurbanova bir istək desəniz, bu, nə olardı?

– "Liverpul"la oyun Bakıda olmayacaq. Amma istərdim ki, gələn dəfə Bakıda olsun və mən o oyunda iştirak edim. "Qarabağ"ın Çrmpionlar Liqasının növbəti mərhəsində "Qalatasaray"la düşməsini istəyərdim. Həm də "Fənərbağça" ilə yoldaşlıq oyunu olmasını istərdim. Elə bir oyun olarsa, "Fənərbağça"ya azarkeşlik edərəm.

– Əlinizdə sehrli çubuğunuz olsa, nəyi dəyişərdiniz?

– İstərdim ki, "Fənərbağça" Azərbaycana gəlsin. Onlarla görüşmək istərdim. Todeşko və bütün futbolçularla görüşməyi arzulayıram. Hansı oyuna getməsəm də, mütləq "Qalatasaray"la derbiyə gedəcəyəm. Səbirsizliklə gözləyirəm ki, böyüyəndə o oyuna gedim. Məncə, bu il çempion "Fənərbağça" olacaq, kim nə deyir-desin. Genduzi və Nqolo Kante gəlsə, daha çox güclənəcəyik və çempionluğu qazanacağıq. Voleybolda da, basketbolda da, futbolda da çempion bizik.

– Ən böyük arzunuz nədir?

– "Fənərbağça"nın formasını geyinmək. İstəyirəm mənə zəng gəlsin ki, səni kluba seçmişik, gəl.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:40

İsveçrə U-15 Milli Komandasının Dünya Kubokuna Qatılmama Səbəbi Açıqlandı

Futbol
Bu gün, 09:39

23 Oktyabr: Avropada keçiriləcək əsas futbol oturumu

Futbol
Bu gün, 09:38

40 evdə məğlubiyyətsiz: 'Bavariya' Çempionlar Liqasında rekord qoyur

Futbol
Bu gün, 09:31

Misli Premyer Liqası: “Araz-Naxçıvan” – “Qəbələ” (23 Oktyabr, 15:00)

Futbol
Bu gün, 09:20

Türkiyə liqasının ən dəyərli üç futbolçusunun reytinqi

Futbol
Bu gün, 09:08

Runi, Manchester United futbolçularını sərt tənqid etdi: "Məsuliyyət daşımır"

Digər
Bu gün, 09:01

Kür handbol komandası Mingəçevirdə Bosniya klubu ilə EHF Avropa Kubokunda qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Zirə vs Sumqayıt: Qaratalların Kimyaçılarla mübarizəsi

Formula 1
Bu gün, 08:49

18 yaşlı pilot Freddi Sleyter \"Audi\" üçün Formula 1-də debüt edəcək

Futbol
Bu gün, 08:40

İsveç U-15 milli komandası Bakıda keçiriləcək dünya kubokunda iştirak etməyəcək

Digər
Bu gün, 08:24

Venesiya marafonunda 124 ölkədən 24,000 iştirakçı

Futbol
Bu gün, 08:20

Şamaxıda Araz-Naxçıvan – Qəbələ qarşılaşması

Futbol
Bu gün, 08:00

Qitələrarası Kubokun final mərhələsinə Qətər ev sahibliyi edəcək

Futbol
Bu gün, 07:31

Manchester Uniteddə paltardəyişmə otağında Karrik və Kunya arasında gərgin mübahisə

Digər
Bu gün, 06:15

Lamin Yamal “Qızıl top” mərasiminə xüsusi təyyarə ilə gedəcək

Futbol
Bu gün, 05:17

Kanselu: Tribunada hər kəs ekspertdir, təzyiqə necə cavab verəcəyini göstər

Futbol
Bu gün, 04:13

Mançester Yunayteddə Əsas Namizəd Eddi Hau

Futbol
Bu gün, 03:09

Luiş Fiqu: "Mourinyo "Barselona" üçün möhtəşəm baş məşqçi olardı"

Futbol
Bu gün, 02:08

Mançester Yunayted kapitanı Bruno Fernandeşin evi Çempionlar Liqası matçı zamanı oğurluq edildi

Futbol
Bu gün, 01:29

“Arsenal” 2026-cı il dünya çempionu Aleks Baenanı transfer etmək istəyir

Futbol
Bu gün, 01:10

Klopp Bavariyanın müdafiə sistemini tam başa düşmür

Futbol
Bu gün, 00:51

PSJ, zədələnən Kvaratskheli yerinə Bayerin Ibrahim Maza transferini planlaşdırır

Futbol
Bu gün, 00:18

Levandovski “Qızıl top” namizədliyi üçün Lamin Yamal, Harry Kane və Michael Olise-ni təriflədii

Qarabağ FK
Dünən, 23:58

Premyer Liqanın IX turunda "Sabah" "Qarabağ"la, "Neftçi" isə "Turan Tovuz"la qarşılaşacaq

Oxşar xəbərlər