"Qəbələ"nin sabiq futbolçusu Lukas Afriko Türkiyədə oynayacaq. Sport24.az xəbər verir ki, 30 yaşlı braziliyalı müdafiəçi "Vansspor"la anlaşıb.
Yeni mövsümdən I Liqada mübarizə aparacaq klub portuqaliyalı ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Afriko 2023/2024 mövsümündə "Qəbələ"nin formasını geyinib.